Acun yeni kanal alır - 30 milyon...

TV8-in rəhbəri Acun Ilıcalı Almaniyanın idman kanalı Sport1-in səhmlərinin 50 faizini 30 milyon avroya alır.
Bakupost.az xəbər verir ki, bu açıqlama ilə satışdan əvvəl kanalın yeganə sahibi olan İsveçrənin “Highlight Communications” media qrupu çıxış edib.
Acunmedya-nın idmanla bağlı formatları gələcəkdə Sport1-də də yayımlanacaq.
“Highlight Communications” keçən yay Sport1-in səhmlərinin hamısını və ya bir hissəsini satmaq qərarına gəlib. İsveçrə şirkəti kanalı daha da inkişaf etdirmək üçün bu addımı atdığını açıqlayıb.
Bildirilib ki, Sport1-in Acunmedya-ya satışı hələ rəqabət və media tənzimləyici orqanlar tərəfindən təsdiqlənməyib.