Sülh üçün hər şeyə hazırıq - Annalena Berbok

Qərb artıq iki ildir ki, Ukraynada sülhün bərqərar olması üçün dayanmadan çalışır.

Trend xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib.

"Qərbin Ukraynanı danışıqlardan kənarda saxladığını söyləmək yalandır. Biz beynəlxalq tərəfdaşlarla birlikdə sülhün Ukraynaya gəlməsini təmin etmək üçün yorulmadan çalışırıq. 2022-ci ilin yazında İstanbulda aparılan danışıqlarda Rusiyanın qoşunlarını geri çəkəcəyi əsasında Ukrayna güzəştə getməyə hazır idi. Ukraynada bu müharibənin bitməsini istəməyən adam yoxdur. Biz bu ümidin gerçəkləşməsi üçün hər şeyi edirik", - deyə nazir bildirib.