130 illik tarixdə görünməmiş hadisə

 “İlk türk astronavtıyam” deyərək yaponları aldatdı!

  Sərkan Anılır adlı şəxs sosial medianın yeni dəb olmağa başladığı günlərdə - 15-20 il əvvəl ortaya çıxaraq özünü alim kimi təqdim edib. 2004-2010-cu illərdə o, Yaponiyada fəaliyyət göstərən alim kimi tanınıb, “elmi araşdırmaları”na görə hətta “Yaponiyanın super-beyni” ləqəbi qazanıb. Ona “kosmosun lifti”, “Ata” və “Japonların Türk samurayı” adları verilib. “Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, Sərkan Anılır Almaniyada ali texniki təhsil alıb. Dosent, doktor elmi dərəcələrinə yiyələnib və Yaponiyanın paytaxtı Tokioda kosmos fizikası üzrə çalışıb, 8 universitetdə dərs deyib. Kosmosla ilgili bir çox məşhur layihələrin müəllifi elan edilib. Belə bir şəxs haqqında danışılmağı haqq edir, lakin deyilənlər doğrudursa. Amma onun sıradan bir fırıldaqçı olduğu üzə çıxıb. Yaponlar belə bu illər ərzində onları necə aldatdığına təəccüb ediblər. Bu şəxsin “kosmos alimi” və “ilk türk kosmonavt” olmadığı 2010-cu ildən sonra üzə çıxmağa başlayıb. Nəhayət, sərrast yaponlar bu adamı təftiş etmək qərarına gəlib. Təftiş zamanı isə ağlagəlməz şeylər ortaya çıxıb. Məlum olub ki, Sərkan Anılırın doktorluq dissertasiyasının 40 faizi plagiatdır, oğurluqdur. Bu barədə ondan soruşduqda isə sakitcə, “doktorluq dissertasiyası yazarkən istifadə etdiyim qaynaqları göstərməli olduğumu bilməmişəm. Bu, bəsit bir səhvdir”, deyə saymazyana cavab verib. Sonra onun həqiqətən də, NASA-da çalışıb-çalışmadığı araşdırılıb. Sərkan Anılırın NASA—da vəzifə başındaykən çəkildiyini iddia etdiyi foto da saxta çıxıb. Məlum olub ki, fotodakı şəxs Sərkan Anılır deyil, NASA kosmonavtı Riçard J. Hiebdir. Sərkan Anılır bu fotonu öz şəkli ilə montaj edib! S.Anılır bu saxtakarlığına da “cavab” tapıb: “Bu, əyləncə üçün edilmiş bir fotomontajdı. Bioqrafiyamda ona yer verməməliydim”. Amma onun saxtakarlıqları bununla bitmir. O, sosial mediada daim özünü kosmonavt, olimpiya çempionu və yazar kimi təqdim edib, NASA-da 2 il kosmonavtika üzrə kurs keçdiyini, Illinois Universitetinin məzunu olduğunu, hətta Japoniya Kosmos Fizikası Departamentinin başqanı olduğunu və Amerika mükafatına layiq görüldüyünü iddia edib. Lakin Yaponiya əlaqədar qurumları S.Anılırın izinə düşüb və onun saxtakarıqlarını nəhayət üzə çıxarıblar. Tokio Universiteti isə “130 illik tariximizdə buna bənzər bir hal yaşamadıq”, deyərək Sərkan Anılırı nəhayət ki, tutduğu vəzifədən azad edib. Sərkan Anılır isə “ilk türk kosmonavt mənəm” deyərək yaponları aldatmağı bacarmış adam kimi tarixə düşüb. İndi isə onun harada olması, nə işlə məşğul olduğu bilinmir.