Heyli ABŞ prezidentliyinə meylini geri çəkib

ABŞ-ın BMT-dəki keçmiş səfiri Nikki Heyli prezidentlik yarışından geri çəkildiyini açıqlayıb.

Trend xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.

“Təşviqat kampaniyasını dayandırmağın vaxtıdır. Peşman deyiləm. Artıq namizəd olmasam da, inandığım şeylər haqqında danışmağı dayandırmayacağam”, - deyə o bildirib.

N.Heylinin yarışdan geri çəkilməsi keçmiş prezident Donald Trampı prezident seçkilərində Respublikaçılar Partiyasından əsas namizəd edib.