Aİ  Ukraynaya 31 milyard avro dəyərində silah verib

Münaqişə başlayandan bəri Avropa İttifaqı (Aİ) Ukraynaya 31 milyard avro dəyərində silah verib.

AZƏRTAC xəbər verir ki, bunu Avropa İttifaqının Xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell bildirib.

“Aİ münaqişənin başlanğıcından bəri Ukraynaya, ümumilikdə, 31 milyard avro hərbi yardım göstərib", - o deyib.