Rusiyaya teraktla bağlı demişdik - Ağ Ev

ABŞ Rusiya hökumətini terror aktı barədə xəbərdar edib.

Axar.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat xidmətinin rəhbəri Eydrien Uotson bildirib.

"ABŞ hökuməti bu "mütləq xəbərdarlıq" siyasətinə əsasən bu məlumatı Rusiya hökuməti ilə də bölüşüb", - Uotson vurğulayıb.

Qeyd edək ki, “Krokus Siti Holl”da terror aktında rəsmi məlumatlara görə, 60 nəfər ölüb, 100-dən çox insan yaralanıb. Qeyri-rəsmi mənbələr isə ölənlərin sayının 130-u keçdiyini iddia edir.