Şahzadədən açıq mesaj: “Xərçənc xəstəsiyəm”

Böyük Britaniya kral ailəsində sular durulmur. Kral III Çarlzın ardınca kral taxtınını varisi şahzadə Uilyamın həyat yoldaşı Ket Midltonun da xərçəng xəstəsi olduğu bilinib. Bunu 42 yaşlı şahzadə Ket özü açıqlayıb.
"Sherg.az" "NTV.com.tr"yə istinadən xəbər verir ki, uzun müddət ortalıqda görünməyən Qalliya şahzadəsi Ket video mesaj paylaşaraq haqqında dolaşan söz-söhbətlərə özü son qoyub. Video mesajında şahzadə xərçəng xəstəliyindən müalicə aldığını və hazırda müalicənin ilk mərhələsində olduğunu deyib. Şahzadə qeyd edib ki, qarn nahiyəsindən əməliyyat keçirdikdə xərçəng xəstəsi olduğu bilinməyib. Əməliyyatdan sonar kimya terapiyası alıb. Xərçəng xəstəliyinə tutulduğu sonar müəyyənləşib. Lakin şahzadə xərçəngin növü barədə heç nə deməyib. Şahzadə “yaxşıyam, hər keçən gün daha da güclənirəm”, söyləyib. Şahzadə övladları psixoloji gərginliyə düşməsin deyə, xəstəliklə bağlı məlumtlara həssas yanaşdıqlarını bildirib: “Ailəmizin zamana və mərhəmliyə ehtiyacı var”. 

Şahzadənin açıq mesajlarının ardından insanlar ona dəstək mesajları göndərib. 
Aralarında  ABŞ prezidenti Cozef Bayden və həyat yoldaşı, məşhur aktrisa Ketrin Zeta Cons, Blake Lively, ABŞ-nin sabiq prezidenti Donald Trampın qızı İvanka Tramp və başqa məşhurların da mesajları olan paylaşımlarda hamı şahzadəyə can sağlığı və tezliklə müalicəsinin bitməsini arzulayıblar. Kral Çarlz isə gəlininin böyük cəsarət nümayiş etdirdiyini vurğulayaraq  “onunla qürur duyuram”, mesajı yayımlayıb.