Kreml: İstintaq tamamlanana qədər İŞİD iddialarına cavab verməyəcəyik

Kreml bu gün Moskvada 137 nəfərin ölümü ilə nəticələnən hücumla bağlı açıqlama verib.

Sherg.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov, istintaq tamamlanana qədər İŞİD-in hücumu ilə bağlı iddialara şərh verilməyəcəyini bildirib.

"Belə bir ölümcül hücumu Rusiya xüsusi xidmət orqanlarının bacarıqsızlığı hesab etmək olarmı"  suala Peskov belə cavab verib: “Heç bir ölkə terrordan sığortalanmayıb”.

Peskov həmçinin xarici liderlərin Rusiya prezidenti Vladimir Putinlə terrorizmlə mübarizədə ikitərəfli əməkdaşlığı inkişaf etdirmək niyyətləri barədə danışdıqları barədə məlumat paylaşıb.

Saxlanılan şübhəlilərin müalicəsi (üzlərində göyərmə, döyülmə) ilə bağlı suala Peskov “Bu sualı cavabsız qoyuruq” deyib.

Jurnalistlər ABŞ-ın Moskvaya hücum xəbərdarlığı ilə bağlı sual veriblər. “Bizim xüsusi xidmət orqanlarımız müstəqil işləyir”, - deyə Peskov cavab verib.

Konsert zalına hücumundan sonra görülən tədbirlərlə bağlı Putinin bu gün görüş keçirəcəyini açıqlayan Peskov terrorla mübarizənin beynəlxalq əməkdaşlıq tələb etdiyini bildirib və əlavə edib: “Ciddi qarşıdurmaların yaşandığı indiki dövrdə terrorla mübarizədə beynəlxalq əməkdaşlıq çox azdır. ."

Kremlin edam cəzası verib-verməyəcəyi ilə bağlı ictimai müzakirələrə cavab verən Peskov "Hazırda belə müzakirələrə qarışmırıq" deyib.