Ərdoğanın mayda ABŞ-yə səfəri gözlənilir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-yə səfəri baş tuta bilər.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.
Qeyd olunub ki, ABŞ-də seçki prosesi ilə bağlı təqvimdə sıxlıq olmasa, prezident Ərdoğan mayın 9-da Vaşinqtonda ABŞ prezidenti Co Baydenlə görüşəcək.