Evində 10 milyon il əvvələ aid fosil tapılıb


Kayserinin Kocasinan rayonunda bir adamın evində Miosen dövrünə aid 10 milyon il əvvələ aid 8 ədəd fosil tapılıb. Şübhəli şəxs “Mədəni və təbii sərvətlərin mühafizəsi haqqında” qanunu pozma maddəsi ilə saxlanılıb.

Sherg.az xəbər verir ki, aparılan axtarış zamanı 8 ədəd qabıqlı balıq qalığı ələ keçirilib. Muzey səlahiyyətliləri tərəfindən aparılan araşdırma zamanı 10 milyon il əvvəl Miosen dövrünə aid olduğu güman edilən fosillər götürülüb.

 “Mədəniyyət və təbiət sərvətlərinin mühafizəsi haqqında qanunu pozmaq” ittihamı ilə saxlanılan şübhəlinin polis bölməsində istintaqı davam etdirilir.