Lotereyada 1,13 milyard dollar uddu

Nyu Cersi ştatından olan şəxs ABŞ-da təxminən 1,13 milyard dollar dəyərində "Mega Millions" lotereyasında qalib gəlib.
Kult.az xəbər verir ki, CNN bunun ABŞ tarixində beşinci ən böyük cekpot olduğunu bildirib.
Qeyd edək ki, təxminən 4 aya yaxındır davam edən və Nyu Cersidən olan şanslı qalibin qazandığı lotereyanın uğurlu nömrələri 7, 11, 22, 29, 38 və 4 olub. Cekpotun qalibi mükafatın illik ödənişini qəbul edərsə, 1,13 milyard dollara tam, birdəfəlik ödəniş istəyərsə, 537,5 milyon dollara sahib olacaq.