Stoltenberq G7 XİN rəhbərlərinin iclasında iştirak edəcək

NATO Baş katibi Yens Stoltenberq İtaliyanın Kapri şəhərində keçiriləcək G7 ölkələrinin xarici işlər nazirlərinin iclasına qatılacaq.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, aprelin 18-də Baş katib Stoltenberq G7 XİN rəhbərlərinin iclasında iştirak edəcək.

NATO Baş katibi eyni zamanda Ukrayna xarici işlər naziri Dmitri Kuleba ilə də görüşəcək.