Bakıda qəza: 3 yaşlı uşaq öldü

Bakıda avtomobil iki piyadanı vurub.

Sherg.az Report-a istinadlaxəbər verir ki, hadisə Xətai rayonunun General Şıxlinski küçəsində qeydə alınıb.

Belə ki, 2006-cı il təvəllüdlü Kənan Rzazadə idarə etdiyi "Hunday Sonata" markalı avtomobillə yolu keçən, 1994-cü il təvəllüdlü Ruhiyyə Tanrıverdiyeva və 2021-ci il təvəllüdlü Seymur Məmmədlini vurub.

Hər iki piyada xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, körpənin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanılıb.