Kobaxidze: NATO hazırda Gürcüstanla aktiv genişlənmə danışıqları aparmır

NATO hazırda Gürcüstanla aktiv genişlənmə danışıqları aparmır.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib. O, bildirib ki, regionda yaranmış vəziyyət fonunda bunun xüsusi səbəbləri var.

“Regionda yaranmış vəziyyətə əsasən NATO-nun özündə bu gün genişlənmə vəzifəsi yoxdur. NATO Ukrayna və Gürcüstana ekspansiyasını fəal müzakirə edə bilmir. Regionda vəziyyət dəyişəndə, vəziyyət sakitləşəndə ümumi vəziyyət də dəyişə bilər, lakin bu gün NATO tərəfindən genişlənmə ilə bağlı aktiv danışıqlar aparılmır, bunun konkret səbəbləri var”, - baş nazir bildirib.