Lənkəranda zəncirvari qəza olub

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib, 3 maşın toqquşub.

APA - nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Lənkəran - Boradigah - Masallı yolunda qeydə alınıb. Hərəkətdə olan "Mercedes" markalı nəqliyyat vasitəsi idarəetməni itirərək yük avtomobili ilə toqquşub. Yük avtomobili aşaraq digər “Mercedes” avtomobilinə çırpılıb. Qəza nəticəsində həmin istiqamətdə yolda nəqliyyatın hərəkətində çətinliklər yaranıb. Hazırda yolun tam açılması istiqamətində işlər aparılır.

Qəzada xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.