Göyçay sakini qonşusuna balta ilə xəsarət yetirib

İyulun 21-də gecə saatlarında Göyçay şəhərində Əli Əzizov aralarında yaranmış mübahisə zamanı qonşusu, 33 yaşlı Əfqan Hacıyevin qoluna balta ilə xəsarət yetirib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, polis əməkdaşları tərəfindən kəsici alətlə Ə.Hacıyevə xəsarət yetirən Ə.Əzizov saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.