Yasamalda uşaq bağçasından oğurluq edilib

Yasamal rayonu ərazisində yerləşən uşaq bağçalarından birinin divarından kombi aparatının oğurlanması barədə polisə məlumat daxil olub.
 DİN xəbər verir ki, Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən O.Abdullayev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.