Gürcüstanda zəlzələ: Azərbaycanın sərhəd rayonlarında da hiss edilib

Gürcüstan ərazisində zəlzələ qeydə alınıb.

Bu barədə Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

"Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Gürcüstan ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ Azərbaycanın sərhəd rayonlarında, Ağstafa, Tovuz, Balakən, Zaqatala, Gəncə, Gədəbəy və digər rayonlarda 4-3 bala qədər hiss olunub", - deyə məlumatda qeyd edilib.