Prezidentin köməkçisi jurnalistləri təbrik edib

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 22 İyul - Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edib.

Sherg.az Axar.az-a istinadən xəbər verir ki, o, bu barədə X hesabında paylaşım edib.

"22 İyul - Milli Mətbuat Günü münasibətilə bütün həmkarları təbrik edirəm. 149-cu ildönümünü qeyd edən milli mətbuatımız uzun, şərəfli və məsuliyyətli inkişaf yolu keçib", - Prezident köməkçisi qeyd edib.