Bakıda tanışını bıçaqlayan şəxs saxlanılıb

Bakıda xuliqanlıq zəminində bıçaqlanma olub.

Sherg.az APA-ya istinadən xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb.

1978-ci il təvəllüdlü Abdullayev Fədail Vaqif oğlu tanışı 1997-ci il təvəllüdlü Hacıyev Cəfər Elman oğlunu bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Fədail Abdullayev şübhəli şəxs qismində saxlanılıb.

Fakt araşdırılır.