4200 illik məzarda meyitin üzərində qalan daşın sirri: “Məzardan çıxmağa çalışır”

Almaniyada təxminən 4200 il yaşı olduğu deyilən və zombi məzarı olduğu güman edilən tarixi xarabalıq tapılıb. Tunc dövrünə aid məzardakı qalıqların 40-60 yaşları arasında ölən bir kişiyə aid olduğu öyrənilib. Layihə rəhbəri Susanne Friederich araşdırma ilə bağlı verdiyi açıqlamada, "O dövrdə ölülərin bəzən məzarlarından çıxmağa çalışdıqlarına inanılırdı" deyib.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Almaniyanın Saksoniya-Anhalt əyalətinin Oppin şəhərində aparılan qazıntılar zamanı maraqlı tarixi xarabalıq tapılıb. Tunc dövrünə aid olduğu düşünülən 4200 illik qalıqların 40-60 yaşları arasında ölən bir kişiyə aid olduğu güman edilir.

Bədənin aşağı hissəsində iri daş blokun qaldığı görünüb.


 
Tədqiqatçılar bunun “ölülərin dirilməsinin qarşısını almaq üçün” yerləşdirildiyini deyirlər. Qazıntının layihə meneceri Suzanne Friederich izah edir ki, o zaman ölülərin məzarlarından çıxmağa çalışdıqlarına inanılırdı.
2018-ci ildə İtaliyada 50-dən çox körpə və uşağın basdırıldığı 1500 illik qəbiristanlıq tapılıb.

450-ci ildə malyariya epidemiyası zamanı ölən uşaqların basdırıldığı güman edilən qəbiristanlıqda ən yaşlı adam olan 10 yaşlı uşağın ağzına daş qoyulduğu müəyyən edilib.

Arizona Universitetinin antropoloqu Dr. David Soren mövzu ilə bağlı verdiyi açıqlamada, "Ölülərin ruhlarını öz mənfəətləri üçün istifadə edə bilən sirli qüvvələr və canavarlardan (cadugərlər kimi) böyük bir qorxu var idi" deyə bildirib.