Savaşın 200-cü günü: Qəzzada ölənlərin sayı 34 min 183-ə yüksəldi

İsrailin Qəzza zolağına 200 gündür davam edən hücumlarında ölənlərin sayı 34 min 183, yaralıların sayı isə 77 min 143-ə yüksəlib. 
Sherg.az xəbər verir ki, humanitar böhranın artdığı Qəzza zolağında aclıqdan müharibə silahı kimi istifadə edilir. Yüz minlərlə məcburi köçkün fələstinlinin sığındığı son dayanacaq olan sərhəddəki Rəfah şəhərinə quru əməliyyatı ehtimalı artır
200 gündür davam edən hücumlar zamanı baş verənlər dəhşətlidir...