Uçuş zolağında timsah həyəcanı! Həmin anlar kameralara düşdü

Alligator ABŞ-nin Florida ştatındakı MacDill Hərbi Hava Qüvvələri bazasına daxil olaraq uçuş-enmə zolağına çıxıb. Görüntülərdə nəhəng timsahın məmurlar tərəfindən soyuqqanlılıqla yaxalanması diqqət çəkib.

Sherg.az xarici media istinadən xəbər verir ki, Florida ştatının Tampa şəhərində yerləşən MacDill Hərbi Hava Qüvvələri dünən verdiyi açıqlamada yerə enən təyyarənin yanında timsah göründüyü və  zabitlər tərəfindən diqqətlə tutulduğunu açıqlayıb.

Açıqlamada deyilir: “Bir timsah MacDill Hərbi Hava Qüvvələri bazasında uçuş-enmə zolağına çıxdı. Alligator Florida Balıq və Vəhşi Təbiəti Mühafizə Komissiyası (FWC) tərəfindən tutularaq Hillsborodakı çaya buraxılıb. Ən yeni dişli təyyarəçimiz (timsah) bazadan kənarda daha uyğun bir mühitə köçürüldü. "Köməyə görə FWC-yə xüsusi təşəkkürlər" .