Son xəbərlər

Gədəbəy sakini Gəncədə bıçaqlanıb

Gəncədə bıçaqlanma hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Məhsəti qəsəbəsində yerləşən evlərin birindən qeydə alınıb.

Bıçaq xəsarəti alan Gədəbəy rayon sakini, 1992-ci il təvəllüdlü E.Abbasov xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, zərərçəkən 3 bıçaq xəsarəti alıb, vəziyyəti orta-ağır qiymətləndirilir.

Hadisənin hansı şəraitdə qeydə alındığı hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.