Amerikalı məşhur basketbolçu Maykl Cordanın imzası olan 3 cüt idman ayaqqabısı Türkiyə Ticarət Bakanlığı tərəfindən satışa çıxarılıb. Qiyməti isə 5 milyon lirədir. İdman ayaqqabılarının niyə məhz Ticarət Bakanlığı tərəfindən satışa çıxarılmasının səbəbi var. “Sherg.az” “NTV.com.tr”yə istinadən xəbər verir ki, bu idman ayaqqabıları ilə bağlı sənədləşmə başa çatmadığından gömrükdə tərk edilib. Ticarət Bakanlığı daha bir neçə əşyanın onlayn satışını təşkil edib. ABŞ Basketbol Liqasının (NBA) əfsanə isimlərindən biri Maykl Cordanın imzası olan 3 cüt idman ayaqqabısı da bu əşyalar arasındadır. Ayaqqabılar uzun müddət Ticarət Bakanlığının Mersindəki 2 saylı anbarında qalıb. Ayaqqabıların satışı üzrə auksion təşkil edilsə də, ona sahib olmaq istəyən tapılmayıb. Bundan sonra ayaqqabılar təkrar satışa çıxarılıb. Amma yenə də alıcısı olmayıb. Maykl Cordanın 1998-ci ildə NBA final oyununda geyindiyi butslar ötən il Nyu-Yorkda keçirilən açık satışda 2,2 milyon dollara satılıb. Bu, indiyədək satılmış ən bahalı ayaqqabılar olub. M.Cordanın karyerasının ilk illərində geyindiyi buts isə 2021-ci ildə 1,47 milyon dollara satılıb.
- Son Xəbərlər
- Gündəm
- COP29
- Siyasət
- Cəmiyyət
- Hadisə
- İqtisadiyyat
- Tarix
- Müsahibə
- Dünya
- İdman
- Elm və Təhsil
- İnfrastruktur
- Futbol
- Son dəqiqə
- Qarabağ
- Mədəniyyət
- Cənubi Qafqaz
- Rəsmi
- Yazarlar
- Reportaj
- Media
- Fotoqalereya
- Arxiv
- Şou
- Relaks
- Aktual
- Ədəbiyyat
- Sağlamlıq
- Texnologiya
- Sosial
- Hərbi
- Region
- Ölkə
- Ekologiya
- Maraqlı
Son xəbərlər
Dəyəri 5 milyondur: “Maykl Cordan” butsları gömrükdə qalıb
21:21 25.04.2024
Gündəm
555
Bizi YouTube-da izləyin
Video xəbərlər, reportajlar və müsahibələr kanalımızda.
Abunə ol
Bizi Facebook-da izləyin
Günün əsas xəbərləri Facebook səhifəmizdə.
İzlə
Bizi TikTok-da izləyin
Qısa videolarla ən maraqlı xəbərlər TikTok-da.
İzlə
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ qar adamı ilə bağlı sirli arxivi açdı
04:50 24.11.2026
Maraqlı
Ozanla Sinem Nyu-Yorka getdi
04:14 24.11.2026
Şou
İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?
03:33 24.11.2026
Sağlamlıq
Yuxular qeydə alınacaq - Film kimi izləyə bilərik
01:33 24.11.2026
Maraqlı
Separatçılardan biri də öldü
01:14 24.11.2026
Gündəm
Mourinyo bəzi futbolçuların maaşlarının azaldılmasını təklif edib
00:55 24.11.2026
Futbol
Sumqayıtda ölümlə nəticələnən avtoqəza
00:17 24.11.2026
Hadisə
İstanbulda aslan axtarışları dayandırılıb
23:41 23.11.2026
Maraqlı
Azərbaycan XİN COP31-in nəticələrini yüksək qiymətləndirib
22:45 23.11.2026
Siyasət
Zelenski Trampın Ukraynada sülh təklifinə sərt cavab verdi
22:27 23.11.2026
Gündəm
Dominikanadan uçuş zamanı 40 sərnişində norovirus əlamətləri
22:25 23.11.2026
Dünya
Şəmkirdə 43 yaşlı kişinin parçalanmış meyiti aşkarlandı
21:35 23.11.2026
Hadisə
Uill Smitin 42 milyon dollarlıq malikanəsində yanğın baş verdi - Foto
21:22 23.11.2026
Şou
İran ABŞ-dan bu qədər təzminat tələb edir
21:10 23.11.2026
Region
Sumqayıtda 52 yaşlı kişinin meyiti aşkarlandı
21:01 23.11.2026
Hadisə
PKK İraqın şimalında daha 14 sığınacaq məntəqəsini boşaltdı
20:34 23.11.2026
Dünya