"Gətir" Avropa və ABŞ bazarlarından çəkilir

"Gətir", gəlirinin 7 faizini təşkil edən Avropa və ABŞ bazarlarından çəkiləcəyini açıqlayıb. 

Sherg.az xəbər verir ki, "Gətir", diqqətini Türkiyəyə yönəltmək üçün gəlirlərinin 7 faizini əldə etdiyi Avropa və ABŞ bazarlarından çıxacağını açıqlayıb.

Şirkətdən verilən şərhə görə, "Gətir" Böyük Britaniya, Almaniya, Hollandiya və ABŞ-ı tərk etmək qərarına gəlib. "Gətir"in ABŞ-dakı törəməsi olan FreshDirect fəaliyyətini davam etdirəcək.

Şirkət, uzunmüddətli davamlı böyümə üçün ən böyük potensialı gördüyü əsas bazarı Türkiyəyə fokuslanacağını bildirib.

Paralel olaraq, şirkətr "Gətir",  "Mubadala" və "G Squared"dən yeni maliyyə əldə edib. Şirkət bu maliyyələşdirmədən Türkiyədəki biznesində rəqabət mövqeyini gücləndirmək üçün istifadə edəcək.

Şirkət həmçinin Böyük Britaniya, Almaniya, Hollandiya və ABŞ-dakı bütün əməkdaşlarına bu günə qədər çalışqan və sədaqətli işlərinə görə təşəkkür edib.