Britaniyanın ən zəngin qaraçısı: Karvanda doğulub, malikanədə yaşayır

1970-ci ildə İngiltərədə yaşayan yoxsul qaraçı ailəsində anadan olan Alfie Best 700 milyon funt-sterlinqdən çox sərvət toplayıb. Best indi Monakodakı milyonerlərin oyun meydançasına köçüb. 

Sherg.az xəbər verir ki, Britaniyanın ən zəngin adamlarından biri olan Alfie Best özünü “karvan kralı” hesab edir və İngiltərəyə bir daha qayıtmayacağını bildirib.



 
 
52 yaşlı Alfie Best, 12 yaşında məktəbi tərk edib və “Wyldecrest” kimi tanınan nəhəng ümummilli mobil ev saytı imperiyasını qurub.

Hazırda o, 700 milyon funt-sterlinq sərvətlə “Sunday Times”ın zənginlər siyahısındadır.

Best 1970-ci ilin aprelində Lesterdə yol kənarında yoxsul qaraçı ailəsində anadan olmaqla həyatında dönüş yaradıb.

10 yaşında ikən atası ilə asfalt tökməyə gedib, sonra 12 yaşında məktəbi yarımçıq qoyub, ilk iş yeri kimi minik avtomobilləri və yük maşını alıb satmağa başlayıb.

O, telefon mağazasında həftədə 70 funt sterlinq qazanan iş tapıb, lakin üç həftə sonra öz işini qurub və cəmi 18 ay ərzində Londonda 13 mağazası olub.

Fransanın cənub sahilində yerləşən Monakoya köçən Best İngiltərəyə gəlir vergisi ödəmir və buna görə də ölkəsinə bir daha qayıtmayacağını deyir. Çünki o, gəlir vergisini ödəməməklə milyonlarla funt-sterlinqə qənaət edir.


Dünyanın ilk "qaraçı milyarderi" olmaq yolunda olan Alfie “Daily Mail”-ə deyib: "Düzdür, mən Monakoda yaşayaraq fərdi gəlir vergisini ödəməyəcəyəm, amma bütün şirkətlərim hələ də Böyük Britaniyadadır, ona görə də onlar vergi ödəyəcəklər”.