Rusiya “İsgəndər”lə qəsri vurdu: 5 nəfər ölüb, 32 nəfər yaralanıb

Rusiyanın Ukraynada "Harri Potter" qalası kimi tanınan yerə hücumu nəticəsində 5 nəfərin öldüyü, 32 nəfərin yaralandığı bildirilib.

Sherg.az xəbər verir ki, Rusiya ilə Ukrayna arasında qarşılıqlı hücumlar davam edir. Rusiya qüvvələri dünən Odessanı hədəfə alıb.

Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətindən verilən açıqlamada Odessa sahilində "Harri Potter" qalası kimi tanınan 4 mərtəbəli hüquq akademiyasına edilən hücumda 5 nəfərin öldüyü, 8-nin vəziyyətinin ağır olduğu 32 nəfərin yaralandığı bildirilib.  


Açıqlamada 23 yaralının xəstəxanada müalicə aldığı, binanın damında baş verən yanğına müdaxilə etmək üçün 45 nəfərdən ibarət 15 təcili yardım briqadasının göndərildiyi qeyd edilib.

Odessa meri Gennadi Truxanov deyib: “Canavarlar. Barbarlar. Nə deyəcəyimi bilmirəm. İnsanlar dəniz kənarında gəzməyə gedirlər və onları güllələyib öldürürlər".

Ukrayna Hərbi Dəniz Qüvvələrinin sözçüsü Dimitro Pletençuk da hücumun “İsgəndər-M” ballistik raketi ilə həyata keçirildiyini bildirib.

Rusiya Harri Potter qəsrini vurdu: 5 nəfər öldü, 32 nəfər yaralandı - 4
Odessa vilayətinin prezidenti Oleq Kiper sosial şəbəkədə yaralananlar arasında 4 yaşlı qızın da olduğunu açıqlayıb.