Ukraynada süni intellektə vəzifə verildi - Video

Ukrayna Xarici İşlər Nazirliyi Viktoriya Şi adlı süni intellekti təqdim edib.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna XİN-dən məlumat verilib.

Məlumata görə, Viktoriya vətəndaşlar və media üçün rəsmi konsulluq məlumatlarını şərh edəcək.

Ukrayna xarici işlər naziri Dmitri Kuleba bildirib ki, süni intellektin yaradılması müharibə dövrünün tələbidir:

“Ölkəyə lazım olan nəticələri əldə etmək üçün bütün prosesləri sürətləndirmək və bir addım öndə olmaq lazımdır”.

Saxtakarlıqdan qorunmaq üçün Viktoriya Şinin videolarında QR kodu olacaq.


Telegram Widget
This media is not supported in your browser
VIEW IN TELEGRAM
❗️Ukrayna Xarici İşlər Nazirliyi Viktoriya Şi adlı süni intellekti təqdim edib.

Viktoriya vətəndaşlar və media üçün rəsmi konsulluq məlumatlarını şərh edəcək.

Fikirləriniz?
Please open Telegram to view this post
VIEW IN TELEGRAM