İsrail ordusu Rəfahda əməliyyata başladı

İsrail ordusu Qəzzanın cənubundakı Rəfah şəhərində əməliyyata başlayıb.

Axar.az xəbər verir ki, bu barədə "Newsru.co.il" saytı məlumat yayıb.

Bildirilib ki, şəhər sakinləri və köçkünlər təxliyə edilir. Onlar Mauasi humanitar zonasında salınmış müvəqqəti düşərgələrə yerləşdirilir.

Məlumata görə, Rəfahda HƏMAS-ın hərbi qolu sayılan "İzəddin əl-Qəssam Briqadası"nın dörd taboru yerləşdirilib.

Əməliyyatın azı 6 həftə davam edəcəyi gözlənilir.