ABŞ və İrəvan arasında ilk illik qərargah danışıqları oldu

Ötən həftə ABŞ-ın Avropa Komandanlığı və Ermənistan Müdafiə Nazirliyinin nümayəndələrinin iştirakı ilə ilk illik qərargah danışıqları baş tutub.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.

Qeyd olunub ki, danışıqların məqsədi müdafiə prioritetlərini və gələcək illərdə əməkdaşlıq məsələlərini müzakirə etməkdir.