Almaniya Rusiyadakı səfirini təcili geri çağırdı

Almaniyanın Rusiyadakı səfiri Aleksandr Qraf Lambsdorff məsləhətləşmələr üçün Berlinə geri çağırılıb.

Axar.az xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

BBC yazıb ki, bu, Almaniyanın Rusiya hərbi əks-kəşfiyyatının (QRU) hakerlərini günahlandırdığı hakim partiya üzvlərinin poçt qutularına kiberhücumla bağlıdır.

Qeyd edək ki, Almaniyanın xarici işlər naziri Annalena Berbok Sosial Demokrat Partiyasının rəhbərliyinin poçt qutularına keçənilki kiberhücumun Rusiyanın hərbi kəşfiyyat hakerləri, yəni APT28 qrupu tərəfindən həyata keçirildiyini açıqlamışdı.