İsrailli girovların qohumları yolu bağlayıb, HƏMAS-la danışıqlara çağırış edilib

Misirin paytaxtı Qahirədə atəşkəs danışıqları davam edir. İsrailli girovların ailələri isə yenidən küçələrə axışıb.

Sherg.az xəbər verir ki, HƏMAS ilə atəşkəs razılaşması və Qəzzada saxlanılanların azad edilməsini tələb edən etirazçılar Təl-Əvivdə Ayalon şosesində kəsişməni bağlayıblar.

Aksiya zamanı onlar əlləeinə “Hələ də xilas ola biləcəkləri xilas et” yazılmış pankart götürüblər.

Rahine ailələrinin daşıdığı pankartlardan birində “Bayden, lütfən, bizi xilas et” ifadəsi yer alırdı.

Etirazçılar ABŞ-dan israilli girovları evlərinə qaytarmağa çağırışlarını davam etdiriblər.