İsraillə dialoq dalana dirənib - HƏMAS

HƏMAS hərəkatı Qəzza zolağında vəziyyətin nizamlanması üçün İsrail tərəfi ilə danışıqlar prosesindən geri çəkilməyib.

Axar.az xəbər verir ki, bu barədə HƏMAS Siyasi Bürosunun üzvü Xəlil əl-Heya deyib.

O bildirib ki, İsrailin addımları səbəbindən dialoq dalana dirənib:

“Hazırda heç bir danışıqlar aparılmır və İsrail Baş naziri Benyamin Netanyahunun dediyi hər şey yalnız öz ambisiyalarını təmin etmək məqsədi daşıyır”.