Quterreş Qəzzaya görə Qətərin baş naziri ilə danışdı

BMT-nin Baş katibi Antonio Quterreş Qətərin Baş naziri Məhəmməd bin Əbdül Rəhman əs-Sani ilə Qəzza zolağındakı vəziyyəti müzakirə edib.

Axar.az xəbər verir ki, bu barədə BMT-nin bəyanatında deyilir.

"Rəsmilər İsrailin Rəfahda genişmiqyaslı hərbi əməliyyatının fəlakətli olacağı və bunun qarşısının alınması barədə razılığa gəliblər", - məlumatda qeyd olunub.