köhnə dostuna qəribə hədiyyə: Putin heyvanı şəxsən öldürdü

 Ürəyini çıxarıb, 2 yerə böldü

 
Rusiya dövlət başçısı Vladimir Putinin ən yaxın dostu adlandırdığı şəxsə  ağlasığmaz hədiyyəsi dünyanı heyrətə salıb. Söhbət Putinin “ən yaxın dostum” dediyi, İtaliyanın sabiq baş naziri, mərhum Silvio Berluskoniyə təqdim etdiyi hədiyyədən gedir. 
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, bu hadisə 2013-cü ildə yaşanıb. Onun məhz indi, Berluskoni torpaq altındaykən üzə çıxarılması isə həyatda və bir ölkənin rəhbəri olan şəxsə – Vladimir Putinə “xal” qazandırmaq məqsədi daşıyır. Bu xəbəri dünya mediasına İtaliya parlamentinin sabiq senatoru Fabrizio Cicchitto sızdırıb. Məlumata görə, baş nazir postunda ikən S.Berluskoni yaxın dostu V.Putinin malikanəsində qonaq olub. V.Putin onu ova dəvət edib. Təbii, öz məharətini nümayiş etdirmək üçün. Onlar mühafizəçilərin müşayətilə yaxınlıqdakı meşəyə gediblər. Putin qarşılarına çıxan 2 dağ keçisini göstərərək “biri sənin, biri mənim, vur”, desə də, Berluskoni atəş açmayıb. Bunu görən Putin dağ keçilərinin ikisini də sərrast atəşlə yerə sərib. Sonra ovuna  yaxınlaşaraq Berluskoniyə “indi sizə gözəl bir hədiyyə edəcəm. Bu, fövqəladə bir yemək olacaq”, söyləyib və əlindəki bıçaqla keçilərdən birinin sinəsini yararaq ürəyini çıxarıb. Ürəyini 2 yerə bölüb. Yanında hazır dayanan köməkçisi Putinə sini uzadıb, o da keçinin ürəyini siniyə qoyaraq Berluskoniyə təqdim edib. Cicchitonun dediyinə görə, Berluskoni bu hədiyyədən heç də xoşhal olmayıb, əksinə, halı qarışıb, ürəyi bulanıb və ağacın arxasına keçərək qusub. Berluskoni İtaliyaya döndükdən sonra isə Ciccihitoya “Putin nəzakətlidir, məntiqlidir, amma mənə xəyalıma belə gətirməyəcəyim vəhşi təbiət göstərdi”.