Zaxarova: “Ukraynalıların gələcəyi Qərbi qətiyyən maraqlandırmır”

“NATO Ukraynadan öz anti-Rusiya maraqları üçün istifadə edir, bu ölkə vətəndaşlarının gələcəyi Qərbi narahat etmir”.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova NATO-nun baş katibi Yens Stoltenberqin sözlərini şərh edərkən deyib.

Sonuncu bəyan edib ki, Ukrayna məğlub olacağı təqdirdə Qərbin bu ölkəni bərpa etməsinin anlamı yoxdur.

“Ukrayna NATO-nun Rusiya əleyhinə kursu həyata keçirmək üçün bir vasitədir. Ukraynanın gələcəyi yalnız bu kontekstdə maraq doğurur. Onları ukraynalıların gələcəyi qətiyyən maraqlandırmır”, - Zaxarova qeyd edib.

Mənbə: iz.ru