Vuçiç BMT Baş Assambleyasına əynində Serbiya bayrağı ilə gəldi

Serbiya Prezidenti Aleksandar Vuçiç BMT Baş Assambleyasının Srebrenitsa ilə bağlı qətnaməsinə etiraz olaraq qurumun iclasına ölkə bayrağına bürünərək qatılıb.

BMT-nin təhlükəsizlik rəsmiləri Vuçiçin çiynindən bayrağı götürməyi tələb ediblər, lakin o, bu tələbləri rədd edib.

"Dünyada heç kim mənim bayrağımı əlimdən ala bilməz", - deyə prezident bildirib.

Səsvermənin nəticələrinə əsasən, BMT Baş Assambleyası Srebrenitsa qətliamını soyqırımı kimi tanıyıb.

Mənbə: TASS