İsrail "Hizbullah"ın hərbi obyektlərinə zərbələr endirib

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları iki pilotsuz uçuş aparatının buraxılmasına cavab olaraq Livanın "Hizbullah" hərəkatının bir sıra hərbi obyektlərinə zərbələr endirib.

Trend-in məlumatına görə, bu barədə İsrail ordusunun (ÇAXAL) mətbuat xidməti bildirib.

"İki PUA-nın Livan ərazisindən gəldiyi müəyyən edilib. Qırıcılar PUA-lardan birini müvəffəqiyyətlə vurublar, ikincisi [İsrailin şimalında] Kiryat Şmona bölgəsinə düşdü. Ölənlər barədə məlumat verilməyib", - deyə bildirilib.

Qeyd edilib ki, bir müddət əvvəl İsrail ordusunun qırıcıları Livanın cənubundakı bir sıra "Hizbullah" hədəflərinə, o cümlədən Ayta əl-Şab və Rab əl-Talatin bölgələrindəki hərbi obyektlərə zərbələrə endirib. Bildirilib ki, zərbələr, həmçinin Odays bölgəsində yerləşən "Hizbullah"ın hərbi struktur və iki müşahidə məntəqəsinə endirilib.