ABŞ və Çinin müdafiə nazirləri Sinqapurda görüşəcək

ABŞ müdafiə naziri Lloyd Ostin gələn həftə Sinqapurda Çinin müdafiə naziri Donq Jun ilə ikitərəfli görüş keçirəcək.

Axar.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

Bildirilib ki, Ostin gələn həftə Sinqapura gedəcək və burada “Şanqri-La Dialoq” beynəlxalq təhlükəsizlik forumunda iştirak edəcək.

Aprelin 16-da ABŞ və Çin müdafiə nazirləri arasında videobağlantı vasitəsilə danışıqların davamı olaraq əyani məsləhətləşmələr keçiriləcək.