İranda helikopter qəzasında böyük müəmma: 9-cu sərnişin haradadır?

İranda helikopter qəzasında həyatını itirən Prezident İbrahim Rəisi və nümayəndə heyətinin bu qəzaya necə düşdüyünün araşdırıldığı buir vaxtda, helikopter karvanı havaya qalxmazdan əvvəl fotoşəkillərdə görünən Rəisinin ikinci cangüdəni qəzadan sonra böyük bir sual işarəsinə çevrildi. İlk başlarda onub öldüyü elan edildi, sonra isə sağ olduğu açıqlandı.

İran Prezidenti İbrahim Rəisi doğulduğu Məşhəddə, xarici işlər naziri Hüseyn Əmir Abdullahian paytaxt Tehranda, digər adlar isə doğma şəhərlərində dəfn edilib.

İran rəsmiləri əvvəlcə İranda son illərin ən böyük hadisəsi kimi qeydə alınan helikopter qəzasında 9 nəfərin öldüyünü açıqlasa da, sonradan bu rəqəm 8-ə endirildi.

Fars xəbər agentliyi Prezidentin mühafizəçilərindən Cavad Mihrabinin qəzaya düşən helikopterə minmədiyini, karvandakı digər iki maşından birində hərəkət etdiyini bildirib.

Qeyd edək ki, İran rəsmisi İsmayıl Kothari qəzaya uğrayan helikopterin doqquzuncu sərnişini ilə bağlı yayılan xəbərləri və sualları təkzib edib.

Onu da qeyd edək ki, SEPAH da İbrahim Rəisinin helikopterində yalnız Prezidentin Mühafizə komandiri general Mehdi Musevinin olduğunu bildirib və xəbərin mənbəyi kimi medianı göstərib.

Səbinə Xeyirbəyova