
Qərblə konfrantasiya: Gürcüstan Rusiya və Çinə doğru istiqamətlənib -TƏHLİL
09:49 03.06.2024
Aktual
605
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili “Xarici təsirin şəffaflığı haqqında” qanunu imzalayıb.
Bu barədə məlumatı Gürcüstan parlamenti yayıb.
Bununla da Gürcüstanda mübahisəli qanun layihəsi qüvvəyə minib.
Parlament sədri Şalva Papuaşvili bildirib ki, qanunun əsas məqsədi Gürcüstanın siyasi, iqtisadi və sosial sistemlərinin xarici müdaxilələrə qarşı dayanıqlılığını gücləndirməkdir.
“Bu gün qanun layihəsini imzaladım. Qanunun yanaşması sadə və aydındır. Qeyri-hökumət təşkilatları və media xarici hökumətlərin maliyyəsi ilə qərarların qəbulu prosesində iştirak etmək və gürcü xalqının həyatına təsir etmək istəyirsə, minimum şəffaflıq standartına cavab verməlidir - əhali hər bir aktorun arxasında kimin dayandığını bilməlidir”, - Papuaşvili deyib.
Qanun layihəsinə əsasən büdcəsinin 20%-dən çoxu ölkə xaricindən maliyyələşən qeyri-kommersiya təşkilatları, media orqanları “xarici qüvvənin maraqlarını həyata keçirən” təşkilat kimi reyestrdən keçməli və hər il maliyyə bəyanatı dərc etməlidir.
Reyestrdən keçməkdən yayınmaya və ya maliyyə bəyanatı verməməyə görə 25 min lari (təxminən 15 min manat) cərimə nəzərdə tutulur.
Mövzu ilə bağlı “Sherg.az”a danışan politoloq Turab Rzayev bildirib ki, Gürcüstan açıq şəkildə öz istiqamətini bəlli etdi:

“Yəni Gürcüstan Qərblə konfrantasiyaya gedərək Avropa İttifaqı, Amerika Birləşmiş Ştatları ilə münasibətlərin pozulmasını gözə alıb. Görünür Gürcüstan Rusiya və Çinə doğru istiqamətlənib. “Xarici təsirin şəffaflığı haqqında” qanun da bu istiqaməti göstərən əsas faktdır. Artıq bir sıra Avropa ölkələri Gürcüstan vətəndaşlarına qarşı viza rejimini sərtləşdirib. ABŞ konqresində Gürcüstana qarşı sanksiya layihələri müzakirə edilir. Avropa İttifaqı tərəfindən də Gürcüstana sərt qayda-qanunların qoyulması gözləniləndir. Baş verən hadisə Gercüstanən geosiyasi toqquşmada tərəf seçməsidir. İndiyə qədər Gürcüstan Rusiya-Çin ittifaqı və Avropa-NATO ittifaqı arasında müəyyən qədər kompromis mövqe tuturdu. Rusiya isə bu istiqamətdə nəinki Gürcüstanı dəstəkləyir, hətta məcbur edir. Rusiya müxtəlif ölkələrdə atdığı addımlar ilə Qərbin bölgəyə girişini bağlamağa çalışır”.
Xatırladaq ki, Gürcüstan parlamenti mayın 14-də “xarici agentlər” qanunu kimi də tanınan “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini üçüncü oxunuşda qəbul edib. Lakin Prezident Salome Zurabişvili mayın 19-da qanuna veto qoyub. Parlament mayın 28-də Prezidentin vetosunu aradan qaldırıb. Parlament qanunu imzalanması üçün Prezident administrasiyasına göndərsə də, Prezident Zurabişvili onu imzalamaqdan imtina edib. Bu səbəbdən qanun layihəsini parlament sədri Şalva Papuaşvili imzalayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat
Ceyhun Bayramov İƏT toplantısında çıxış edib
19:46 24.09.2026
Siyasət
Ağcabədidə qadın əri tərəfindən bıçaqlandı - YENİLƏNİB
19:38 24.09.2026
Hadisə
David Alabanın yeni klubu bəlli oldu
19:30 24.09.2026
Futbol
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
19:23 24.09.2026
Gündəm
Qazaxıstanda matəm elan edildi
19:16 24.09.2026
Dünya
Ceyhun Bayramovla Moldovanın XİN rəhbəri görüşdü
19:02 24.09.2026
Siyasət
Si Cinpin: Çin və ABŞ tarixi məsuliyyət daşıyır
18:55 24.09.2026
Dünya
Moldova NATO-ya üzv olmaq istəmir
18:26 24.09.2026
Dünya
Ceyhun Bayramov albaniyalı həmkarı ilə görüşdü
18:18 24.09.2026
Siyasət
Putin Fransadakı səfiri vəzifəsindən azad edib
18:07 24.09.2026
Gündəm
Ermənistanın Aİ-yə üzvlüyü avtomatik baş verməyəcək - ŞƏRH
17:56 24.09.2026
Gündəm
Tramp sülh prosesinin miqyasını dəyişdi - ŞƏRH
17:33 24.09.2026
Gündəm
Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olundu
16:35 24.09.2026
Gündəm