Mirzoyan: Türkiyə ilə qarşılıqlı anlaşma əldə etdik

Ermənistan və Türkiyə bəzi məsələlərdə qarşılıqlı anlaşma əldə edə bilib.
Axar.az xəbər verir ki, bunu Ermənistan XİN-in rəhbəri Ararat Mirzoyan deyib.
O bildirib ki, İrəvan onların həyata keçiriləcəyinə ümid edir:

“Türkiyə ilə münasibətlərin normallaşdırılması məsələsində bir neçə qarşılıqlı anlaşmamız var. Onların necə həyata keçirildiyini görmək vaxtı çatıb”.