Baqrat elan etdi: Nikolu devirmək üçün 100 min...

“Vətən naminə Tavuş” revanşist hərəkatının lideri Baqrat Qalstanyan iyunun 9-da İrəvanda yeni mitiq keçirmək üçün ermənilərə çağırış edib.
Axar.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
“Həmin gün meydanda minimum 100 min insana ehtiyacımız var. Bu, qələbəmiz üçün son dərəcə vacibdir. Beləliklə, işə başlayırıq”, - Qalstyan bildirib.
Qeyd edək ki, keşiş Baqrat Qalstyanın növbəti mitinqi 9 iyun saat 18:00-a planlaşdırılıb