Baydenin yaddaşı gedib-gəlir: Bu dəfə Rəfah şəhərini Rusiya ilə səhv salıb

Yaddaş problemləri və danışıq çətinliyi ilə daim gündəmdə olan ABŞ prezidenti Co Bayden bu dəfə Qəzzanın Rəfah şəhərini Rusiya ilə səhv salıb.

Sherg.az xəbər verir ki, ABC News televiziyasına verdiyi müsahibədə Bayden “İsrailin Rusiyaya təcavüz etməyi planlaşdırmadığını” iddia edib.

İsrailin baş naziri Benyamin Netanyahunun onun məsləhətlərinə qulaq asdığını müdafiə edən Bayden, "İsrail Rusiyaya girməyi planlaşdırmır" deyərək, daha sonra sözünü düzəldib və "bütün Rəfahı işğal etməyi planlaşdırmırlar" deyərək çıxışına davam edib.

1942-ci ildə anadan olan Co Bayden ABŞ tarixinin ən yaşlı prezidentidir. Əgər o, yenidən seçilsə və sağ qalsa, ikinci müddətinin sonunda 86 yaşı tamam olacaq.

Baydenin siyasətə münasibətinin və anlayışının gündən asılı olaraq dəyişdiyi, danışarkən tez-tez qeydlərə arxalandığı, konfranslar zamanı köməkçilərindən dəstək aldığı iddia edilir.

Ətrafındakılar da Baydenin davranışının və rəftarının gündən-günə dəyişdiyini, danışarkən çox uzun müddət fasilə verdiyini, gözlərini o qədər uzun müddət yumduğunu və onun yuxuda olduğu zənn edildiyini bildiriblər.