İsrailin müdafiə naziri Benni Qantz istefa verib

İsrailin hərbi kabinetinin üzvü Benni Qantz istefa verib.

APA-nın CNN-ə istinadən xəbərinə görə, bu barədə o, televiziya vasitəsilə müraciətində deyib. "Hökumətdən gedişim haqqında qərarım çox mürəkkəb və ağrılıdır" - B. Qantz belə deyib.

Qeyd edək ki, onun bu qərarı ötən həftə hökumət başçısı Benyamin Netanyahuya verdiyi ultimatumla əlaqələndirilir.

O, baş naziri iyunun 8-dək HAMAS ilə mübarizə məqsədilə yeni planın hazırlanmasına çağırmışdı.