Putin yaxın həftələrdə Şimali Koreyaya səfər edəcək

Rusiya Prezidenti Vladimir Putin yaxın həftələrdə ardıcıl olaraq Şimali Koreya və Vyetnama səfər edəcək.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə “Vedomosti” diplomatik mənbəyə istinadən bildirib.

Nəşrin yazdığına görə, Putinin Vyetnama səfəri iyunda və çox güman ki, Şimali Koreyaya səfərdən dərhal sonra baş tuta bilər.

Rusiyanın KXDR-dəki səfiri Aleksandr Matseqora qəzetə təsdiqləyib ki, Rusiya Prezidenti Pxenyana səfər edəcək və hazırda bu səfərə fəal hazırlıq gedir.