Husilər Almaniya gəmisinə hücum etdi

Son 24 saat ərzində husilər Ədən körfəzində iki ticarət gəmisinə raket hücumu edib.

Axar.az xəbər verir ki, bu barədə ABŞ SQ-nin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Məlumata görə, hücum zamanı Liberiya bayrağı altında üzən İsveçrəyə məxsus konteyner və Almaniyaya məxsus yük gəmisi zədələnib.

Hər iki gəmidə heyət üzvləri xəsarət almayıb.