Kobaxidze Ukrayna ilə bağlı konfransa qatılacaq

Gürcüstanın Baş naziri İrakli Kobaxidze iyunun 11-12-də Berlində keçiriləcək Ukraynanın bərpasına həsr olunmuş konfransda iştirak edəcək.
Axar.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.
“Gürcüstanın Baş naziri İrakli Kobaxidze dünya liderləri ilə birlikdə iyunun 11-12-də Berlində keçiriləcək Ukraynanın Yenidənqurma Konfransında (UCR2024) iştirak edəcək. Tədbirin əsas məqsədi Ukraynanın bərpası, yenidən qurulması, islahatları və modernləşdirilməsi üçün beynəlxalq dəstəyi səfərbər etməkdir”, - bəyanatda deyilir.