16 yaşına çatmayan şəxsləri nişanlamaya görə inzibati həbs tətbiq olunacaq
16 yaşına çatmayan şəxsləri nişanlamaya görə inzibati həbs tətbiq olunacaq
Yusif Sultanoğlu
10:51 11.06.2024
Sosial
544
O altı yaşına çatmayan şəxs barəsində evliliyə dair sövdələşməyə daxil olmaya görə cərimə və cəzalar müəyyənləşir.
Bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni - 189-1-ci maddədə əksini tapıb.
Layihəyə əsasən, 16 yaşına çatmayan şəxs barəsində onun və ya evliliyə daxil olmaq niyyətində olan digər şəxsin valideynləri və ya onları tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya evliliyə daxil olmaq niyyətində olan yetkinlik yaşına çatmış şəxs tərəfindən nişanlanmaya və ya evliliyə dair digər sövdələşməyə daxil olmağa görə min manatdan iki min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunacaq.
Qeyd edilib ki, bu maddədə nəzərdə tutulmuş əmələ görə inzibati məsuliyyət həmin əməli törətmiş evliliyə daxil olmaq niyyətində olan yetkinlik yaşına çatmış şəxsə münasibətdə bu şəxslə zərərçəkmiş şəxsin yaş fərqi beş ildən çox olduqda yaranacaq.
Nəzərə çatdırılıb ki, təcrübədə bir çox hallarda yetkinlik yaşına çatmayanlar barəsində keçirilən elçilik, nişan mərasimlərinin qarşısının alınması məsul dövlət orqanları üçün çətinliklər yaradır. Bu cür sövdələşmələr və mərasimlər faktiki ailənin qurulması halı olmasa da, uşaq hüquqlarının məhdudlaşdırılmasına, təhsildən yayınmasına, uşaq psixologiyasında ciddi fəsadlara səbəb olur. Bu əməllərin qarşısının alınması üçün İnzibati Xətalar Məcəlləsinə 189-1-ci maddənin daxil edilməsi təklif olunur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan ilə Banqladeş arasında viza rejimi sadələşdirilir
00:18 23.09.2026
Siyasət
Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü
23:57 22.09.2026
Aktual
Ərdoğandan Fələstini tanımayan ölkələrə çağırış...
22:58 22.09.2026
Dünya
Zelenski və Tramp Nyu-Yorkda görüşdü
22:15 22.09.2026
Gündəm
Yalçın Rəfiyev BMT Baş Assambleyasında çıxış etdi
22:02 22.09.2026
Siyasət
Pezeşkianın təyyarəsi Əlcəzairdə eniş etdi
21:36 22.09.2026
Gündəm
Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
21:01 22.09.2026
Dünya
Saatlar 1 saat geri çəkiləcəkmi?
20:51 22.09.2026
Dünya
Quterreş BMT tribunasında vida çıxışı etdi
20:28 22.09.2026
Dünya
Tramp Qrenlandiya və Danimarka ilə təhlükəsizlik sazişi imzalayıb
20:07 22.09.2026
Gündəm
Tramp İlham Əliyevdən sitat gətirdi
19:37 22.09.2026
Gündəm